Albaniya millisinin AVRO 2024 üçün heyəti təqdim olunub

Albaniya millisinin mətbuat xidməti AVRO 2024-də çıxış edəcək heyəti UEFA-ya təqdim edib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, ilkin heyətə 27 oyunçu daxil edilib.Daha sonra bu rəqəm 26-ya endiriləcək.

Qapıçılar: Berişa, Kastrati, Strakoşa, Simoni.

Müdafiəçilər: Aliji, Ajeti, Baliu, Djimsiti, Hysaj, İsmaili, Kumbulla, Mihaj, Mitay.

Yarımmüdafiəçilər: Abraşi, Aslani, Bayrami, Berişa, Qyasula, Laçi, Muçi, Ramadani.

Hücumçular: Asani, Broxa, Daku, Hoxa, Manay, Seferi.

Qeyd edək ki, tarixdə ilk dəfə Avropa Çempionatına vəsiqə qazanan Albaniya turnirdə Xorvatiya, İtaliya və İspaniya ilə birgə B qrupunda mübarizə aparacaq.