Albert Riera jurnalistlərə qəzəblənib

Fransanın 2-ci liqasında çıxış edən "Bordo" klubunun baş məşqçisi Albert Riera oyun sonrası mətbuat konfransında əsəblərini çilovlaya bilməyib. 

Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli çaılışdırıcı jurnalistlərin Qaitan Visbeklə bağlı suallarına sərt cavab verib. 

Riera qəzəblənərək "Siz Qaitan Visbekin qırımızı vərəqə almasını axmaqlıq adlandırırsınız ? Neçə ildir ki, futbolla maraqlanırsınız ? Futbolçular bilərək qırmızı vərəqə alaraq komandalarını azlıqda qoymaq istəmirlər. Əgər bu qırmızı vərəqəni axmaqlıq adlandırırsınızsa Zinəddin Zidanın keçmişdə etdiyi hərəkətə nə ad verək ? ",-deyib.

Qeyd edək ki, Albert Rieranın komandası "Quivli Ruin" matçında 2-3 hesabı ilə məğlub olub.