Ali Koç "Fənərbağça"da qalacaq 4 futbolçunun adını çəkib

"Fənərbağça"nın prezidenti Ali Koç növbəti mövsüm komandada qalacaq şəxslərin adını açıqlayıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Ali Koç Ferdi Kadıoğlu, İrfan Can Kahveci, Fred və Osayi Samuelin komandada qalacağını bildirib.

O, həmçinin idman direktoru Mario Branko ilə də yola davam ediləcəyini deyib.

Qeyd edək ki, "Fənərbağça" klubunda iyunda prezident seçkiləri keçiriləcək.Seçkilərdə hazırki prezident Ali Koç ilə namizəd Əziz Yıldırım yarışacaq.