Ali Palabıyık Türkiyə Futbol Federasiyasını tənqid edib
Keçmiş hakim Ali Palabıyık karyerasını bitirməsinə Türkiyə Futbol Federasiyasının səbəb olduğunu bildirib.
Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, Ali Palabıyık mediaya açıqlamasında : "Çempionlar Liqası oyunlarının idarəçiliyini etdiyim zaman heç bir problem yaşamamışdım. Hətta UEFA növbəti mövsüm üçün də dəvətnamə göndərmişdi."Qalatasaray"-"Samsunspor" oyunundan sonra Türkiyə Futbol Federasiyası məni oyunlardan uzaq tutmağa başladı. UEFA göndərdiyi dəvəti geri çəkdi, mən də karyeramı bitimək qərarına gəldim",-deyib.
Qeyd edək ki, Ali Palabıyık bu mövsüm hakimlik karyerasını bitirdiyini açıqlamışdı.