Almaniya Bundesliqasının "Leyptsiq" "Borussiya Münxenqladbax" oyunu zamanı azarkeş vəfat edib
Almaniya Bundesliqasında "Leyptsiq" "Borussiya Münxenqladbax" oyunu zamanı azarkeş həyatını itirib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, görüşdən öncə azarkeş halsızlaşıb. Həkimlər müdaxil etsələrdə xilas etmək mümkün olmayıb.
"Leyptsiq" klubunun rəsmiləri azarkeşin ailəsi ilə görüşüb və daima yanlarında olduqlarını bildiriblər.
Qeyd edək ki, "Borussiya Münxenqladbax"da rəqib komandanın azarkeşinin ölümü ilə bağlı paylaşım edərək ailəsinə dəstək mesajı verib.