Almaniya klubu türkiyəli gənc futbolçunu istəyir

Almaniya klubu türkiyəli gənc futbolçunun transferində maraqlıdır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Borussiya Dortmund" rəsmiləri  "Beşiktaş"da forma geyinən Semih Kılıçsoyun oyunda göstərdiyi performansını izləyiblər.

Almaniya klubu 19 yaşlı futbolçunun matç zamnaı başını aşağı əymədyini, tez bir zamanda doğru qərarlar verdiyini deyib."Sarı-qaralar" futbolçunu heyətlərinə qatmaq istədiklərini və danışıqlar üçün İstanbula gələcəklərini bildiriblər.

Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm "Beşiktaş" forması ilə çıxdığı 10 oyunda 9 qolla yadda qalıb.