Almaniyalı qapıçı yenidən yaşıl meydanlarda
Almaniyalı qapıçı Andre Terştegen yaşıl meydanlara qayıdıb.
Sportline.az xəbər verir ki, "Barselona"nın ulduz qolkiperi Andre Terştegen zədəsini sağaldıb.
31 yaşlı əlcək ustası uzun müddət zədədən əziyyət çəkdiyi üçün komandasına kömək edə bilməmişdi.
Qeyd edək ki, Andre Terştegen bu mövsüm çıxdığı 17 matçda 31 qol buraxıb.