Alonso "Bavariya"ya keçə bilər

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Bayer"i çalışdıran Xabi Alonso gələn mövsüm komandasını dəyişə bilər.

Sportline.az "El Chiringiuto"ya istinadla xəbər verir ki, Alonso "Bavariya"nı çalışdıra bilər.

İspaniyalı mütəxəssis 1 ildən çoxdur Leverkuzen klubundadır. "Bayer" 11 turdan sonra Almaniya çempionatının liderdir.

“Bavariya”ya mart ayından Tomas Tuxel rəhbərlik edir. Alman mütəxəssisin müqaviləsi 2025-ci ilə qədərdir. Münhen komandası 4 turdan sonra 12 xalla Çempionlar Liqasının A qrupuna liderlik edir və birinci yerdən pley-offa erkən vəsiqəni təmin edir.