Altay Bayındırın ilk oyununa çıxacağı tarix bəlli olub
"Mançester Yunayted"ə transfer olunan türkiyəli qolkipern ilk oyununa çıxacağı tarix məlum olub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli qolkiper yanvar ayının 28-də "Nyuport Kountri"yə görüşdə meydana çıxacaq.
Altay Bayındırın "Viqan Atletik"lə görüşdə əsas heyətdə çıxış edəcəyi gözlənsə də Erik Ten Haq Onanaya üstünlük verib.
Qeyd edək ki, Altay Bayındır "Fənərbağça" klubundan "Mançester Yunayted" klubuna transfer olunub.