Alvaro Moratanın yaşıl meydanlara qayıdacağı tarix bəlli olub

İspaniyalı hücumçu Alvaro Moratanın yaşıl meydanlara dönəcəyi tarix bəlli olub. 

Sportline.az idman jurnalisiti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, klubun həkimləri futbolçunun zədəsinin ciddi oluğunu və 20 gün oynaya bilməyəcəyini bildiriblər. 

"Atletiko Madrid"in baş məşqçicisi Dieqo Simyone isə Alvaro Moratanın ən qısa zamanda sağalması üçün lazım olan hər şeyi edəcəklərini bildirib. 

Qeyd edək ki, Alvaro Morata ötən gün keçirilən "Sevilya" - "Atletiko Madrid" görüşündə zədələndiyi üçün meydanı tərk etmək məcburiyyətində qalmışdı.