Amerika klubu "Beşiktaş"ın hücumçusunu istəyir

Amerikanın "Çikaqo Fayır" klubu "Beşiktaş"ın hücumçsunu transfer etmək niyyətindədir. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartllar"la daha öncədən yolları ayırmaq istəyən Vinsent Abubakarın Amerika klubundan gələn təklifi qəbul edəcəyi bildirilib.

"Beşiktaş" klubu isə 32 yaşlı təcrübəli hücumçu üçün "Çikaqo Fayır" klubundan 5 milyon avro tələb edib. 

Qeyd edək ki, Vinsent Abubakar bu mövsüm çıxdığı 22 matçda 11 qol, 3 asistlə yadda qalıb.