Amerikalı futbolçu "Nottingem"i rədd edib
"Nottingem Forest" "Yuventus"un amerikalı futbolçusu Timoti Veah üçün rəsmi təklif göndərib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bu təklifi qəbul etməyib.
Oyunçu "Yuventus"da qalmağa üstünlük verir. O, bu mövsüm çıxış etdiyi 43 matçda 6 qol 5 asistlə yadda qalıb.
Qeyd edək ki, Veahın transfer qiyməti 20 milyon avrodur.