Amil Həmzəyev: "Kubokda da favoritik"

"Azərbaycan kubokunda da favoritik".

Bunu Sportline.az saytına açıqlamasında "Gəncə" basketbol klubunun üzvü Amil Həmzəyev deyib.

İdmançımız son 8 oyunda komandanın yüksək çıxışını diqqətə çatdırıb: "22 tur geridə qalıb. İlk 9 həftədə yaxşı çıxış etmişdik. Legionerlərdə köklü dəyşikliklər etdik. Son 8 oyunun 7-də qalib gəlmişik. Sabahdan kubok oyunları başlayır. Zədəlimiz yoxdur. Son vaxtlar yaratdığımız əla ab-havanı davam etdirib, kubokda da, çempionatda daha yaxşı çıxış etmək istəyirik".