"Anadolu Efes" çempionluğa olan ümidini qoruyub
Türkiyə Basketbol Liqasının final mərhələsinin 3-cü oyununda Fənərbağça doğma meydançada Anadolu Efeslə qarşılaşıb.
Sportline.az xəbər verir ki, görüş qonaqların 82-81 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə Tomislav Miyatoviçin rəhbərlik etdiyi komanda seriyada fərqi azaldıb.2-1.
Matçın ən məhsuldar oyunçusu 20 xal, 3 ribaund, 1 asistlə Derek Uillis olub.
Qeyd edək ki, 3 qələbəyə çatan komandanın qalib olacağı seriyanın 4-cü oyunu iyunun 12-də "Ülker Sports Arena"da keçiriləcək.