Ançelotti ÇL-in yeni formatına münasibət bildirib

UEFA Çempionlar Liqasının yeni formatı birmənalı qarşılanmır.

Bəziləri bu ideyanın uğursuzluqla üzləşəcəyi qənaətindədir.

Sportline.az xəbər verir ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti də məsələyə münasibət bildirib.

O, AS nəşrinə açıqlamasında nəticə çıxarmağa tələsmədiyini vurğulayıb: "Bu formatda oynamadığımıza görə hələ nə isə deyə bilmərəm. Bir az səbr eləyin. İl ərzində bir qənaətə gələcəyik. Hərdən yeniliklər uğurlu da alınır".

Qeyd edək ki, Çempionlar Liqasının yeni formatında 32 deyil, 36 komanda mübarizə aparacaq.