Ançelotti ilə "Napoli"nin yolları ayrıldı

"Napoli" baş məşqçisi Karlo Ançelottini istefaya göndərib. 

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. Komandanın ÇL-in son turunda "Genk"ə 4:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlməsinə baxmayaraq, klub rəhbərliyi A seriyasındakı uğursuzluq səbəbindən 60 yaşlı mütəxəssislə yolları ayırıb. 

İtaliya mətbuatı yeni baş məşqçi vəzifəsinə Cennaro Qattuzonun gətiriləcəyini yazıb.

Hazırda "Napoli" A Seriyasında 7-ci pillədə qərarlaşıb.