Ançelottidən hücumçu transferinə reaksiya

"Real Madrid"in çalışdırıcısı Karlo Ançelotti komandasının yeni hücumçu axtarışı barədə məlumatlara reaksiya verib.

Sportline.az "Goal"a istinada xəbər verir ki, mütəxəssis klubun qış transfer pəncərəsində yeni hücumçu almaq niyyətində olmdığını bildirib.

“Yanvarda yeni hücumçu almayacağıq. Klub yayda heyəti planlaşdırdı, vəssalam. Bizdə hər şey qaydasındadır" - deyə Ançelotti bildirib.

Qeyd edək ki, "Real" 35 xalla La Liqada liderdir.