Andre Villaş-Boaş hücum zamanı xəsarət almayıb
"Portu"nun prezidenti Andre Villaş-Boaşın evinə hücum edilib.
Sportline.az "RB Sport"a istinadla xəbər verir ki, onun agenti Karlos Qonçalveş bildirib ki, mütəxəssis onun iqamətgahına hücum zamanı xəsarət almayıb.
"Andredə hər şey qaydasındadır, o, şəxsən zədə almayıb" - deyə Qonçalveş bildirib.
İqamətgaha atəş açılıb, daha sonra naməlum şəxslər mühafizəçini döyərək avtomobilini qaçırıblar.
İqamətgahın divarında və darvazasında “nankor” və “satqın” sözləri yazılıb.