Andrey Lunyov: "Sabah bizi maraqlı qarşılaşma gözləyir"

"Sabah bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik".

Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov "Bayer"ə qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Rusiyalı qolkiper şansların bərabər olduğunu bildirib: "Bu, futboldur. Hər iki komandada 11 nəfər oynayır. Sabah əlimizə düşən şansdan istifadə etməyə və öz oyunumuzu sərgiləməyə çalışacağıq".

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.