Andrey Lunyovun son durumu
“Qarabağ”ın qapıçısı Andrey Lunyov sıraya qayıdır.
Bu haqda Sportline.az saytına klubun mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Avropa Liqasının qrup mərhələsinin "Bayer Leverkuzen"lə Bakıdakı oyununda zədələnən qolkiper artıq meydana çıxmağa tam hazırdır.
Komandanın dünənki məşqində də iştirak edən rusiyalı futbolçunun "Sabah"la bugünkü çempionat matçında iştirakı istisna olunmur.
Qeyd edək ki, Andrey Lunyov bu mövsüm “Qarabağ”ın heyətində keçirdiyi 9 oyunda qapısından 9 top buraxıb.