"Ankaragücü" Əmrə Bəlözoğlu ilə bəğlı qərarını verib
"Ankaragücü" baş məşqçisi Emre Bəlözoğlu ilə yollarını ayırıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Super Liqada mövsümü 17-ci pillədə tamamlayaraq aşağı liqaya enən Ankaragücü, Əmrə Bəlözoğlu ilə bağlı qərarı sosial media hesabıdan etdiyi paylaşımda açıqlayıb.
Super Liqanın 8-ci həftəsində "Ankaragücü"nün sükanı arxasına keçən gənc mütəxəssis çıxdığı 31 oyunda 7 qələbə, 13 heç heçə, 11 məğlubiyyət yaşayıb.
Qeyd edək ki, 43 yaşlı çalışdırıcı mövsümün əvvəlində "Başakşehir"ə rəhbərlik edirdi.