"Ankaragücü" heyətini gücləndirib
"Ankaragücü" klubu "Adna Demirspor"un cinah müdafiəçisini heyətinə qatıb.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Ankara təmsilçisi Abdurrahim Dursun üçün "Adana Demirspor" klubuna 300 min avro ödəyib.
Təcrübəli müdafiəçi komandanın əsas heyətində forma geinmə şansı əldə etmədiyi üçün ayrılmaq qərarına gəlib.
25 yaşlı futbolçu bu mövsüm "Adana Demirspor" forması ilə cəmi 12 oyunda meydana çıxıb.