“Ankaragücü” “Qalatasaray” oyununun keçiriləcəyi stadion bəlli oldu

“Ankaragücü” “Qalatasaray” oyununun keçiriləcəyi stadion məlum olub.

Sportline.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının qazon nəzarətçiləri bazar ertəsi Ankaraya yollanaraq "Eryaman" stadionun vəziyyəti ilə maraqlanıb.

Keçirilən yoxlamalar nəticəsində stadionun qazonunda bir problem olmadığı və matçın oynana biləcəyinə dair qərar qəbul edilib.

Qeyd edək ki, “Ankaragücü”nün ev oyunlarını keçirdiyi "Eryaman" stadionunun qazonu ard-arda keçirilən qarşılaşlamalardan sonra korlanmışdı. “Qalatasaray” rəsmiləri isə matçın başqa stadiona keçirilməsi üçün TFF-yə müraciət etmişdilər.