"Ankaragücü"nün təcrübəli futbolçusu zədələnib
"Ankaragücü"nün təcrübəli futbolçusu "Fənərbağça" ilə oyundan öncə sıradan çıxıb.
Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, Efkan Bekiroğlu təlim məşq toplanışı zamanı ciddi zədə alıb.
Komandanın baş məşqçisi Emre Belezoğlu 28 yaşlı yarımmüdafiəçinin bu gün keçiriləcək görüşdə komandaya kömək edə bilməycəyini deyib.
Qeyd edək ki, "Ankaragücü" - "Fənərbağça" görüşü bu gün Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.