“Antalyaspor” komandadan göndərilən futbolçunu geri qaytarmaq istəyir

"Antalyaspor" klubu komandadan göndərilən israilli futbolçunu geri qaytarmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, Türkiyə klubu "Trabzonspor"la görüşdə qol vurduqdan sonra siyasi sevinc yaşayan Saqiv Yezxeli mövsümün 2-ci yarısı üçün iştrak ərizəsinə daxil edib.

"Antalyaspor" TFF-yə futbolçunu geri qaytarmaq istədiyini bildirib və məsələ ilə bağlı danışıqlar davam edir.

Qeyd edək ki, Türkiyə isarilli futbolçunun ölkəyə girişinə qadağa qoyub.