Anton Mirançuk karyerasını Türkiyə Super liqasında davam etdirə bilər
Rusiyalı futbolçu Anton Mirançuk karyerasını Türkiyə Super liqasında davam etdirə bilər.
Sportline.az Sporx.com-a istiandla xəbər verir ki, 28 yaşlı ulduz futbolçunu transfer etmək istəyən "Trabzonspor" klubu təklif hazırladığını bildirib.
"Qaradəniz fırtınası"nın rəsmiləri Afrika Millətlər kubokunda zədələnən futbolçularının yoxluğunda heyətini Anton Mirançukla gücləndirmək istdəiklərini bildiriblər.
Qeyd edək ki, "Lokomotiv Moskva" klubunun rəsmiləri isə futbolçunun keçidi ilə bağlı uyğun təklif gözlədiklərini bildiriblər.