Antoni Elanqa ulduz futbolçu ilə bağlı sirrini açıqlayıb
"Mançester Yunayted" klubunun keçmiş futbolçusu Antoni Elanqa ulduz futbolçu ilə bağlı sirrini açıqlayıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 21 yaşlı isveçli cinah hücumçusu Kriştianu Ronaldu ilə bağlı sirrini bölüşüb.
Antoni Elanqa açıqlamsında :"Ronaldu mənə "Mançester Yunayted"də oynadığımız zamanlarda çox şey öyrətdi. Onun sayəsində artıq penalti vuruşlarım dəqiqdir. Ronaldu məni evinə dəvəet edirdi və saatlar penalti, cərimə zərbələri üzərində işləyirdik. O həqiqətən dünyanın ən yaxşı futbolçusu və insanıdır. Olduğu yerə layiqdir",-deyib.
Qeyd edək ki, Antoni Elanqa "Mançester Yunayted" klubundan "Nottingem Forest" klubuna transfer olub.