Antoni Marsial uzun müddət yaşıl meydanlardan kənarda qalacaq

"Mançester Yunayted"in hücumçusu Antoni Marsial yaşıl meydanlardan kənar qalacaq. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 28 yaşlı fransalı ulduz futbolçu əməliyyat olunduğu üçün 3 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq. 

"Mançester Yunayted" klubunun rəsmiləri futbolçunun mövsüm sonunadək komandada qalacağını daha sonra isə ayrılacağını bildiriblər.

Qeyd edək ki, Antoni Marsial qasıq bölgəsində yaranan problem səbəbindən əməliyyat olunub.