Antonio Konte "Çelsi"də etdiyi yalnış haqqında danışıb

Antonyo Konte "Çelsi"ni çalışdırdığı zaman etdiyi yalnış haqqında danışıb. 

Sportline.az xəbər verir ki, italiyalı baş məşqçi açıqlamasında :"Mənə Romelu Lukaku və Vircil Van Dayk təklif olundu. Lukakunun transferini gerçəkləşdirə bildim. Amma, Van Daykı bəyənməmişdim. Əgər belə bir müdafiəçiyə sahib olsaydım komanda ilə çempion ola bilərdim.Ən böyük səhvim Van Daykı transfer etməməyim olub",-deyib.

Qeyd edək ki, Antonyo Konte 2016-2017-ci illərdə "Çelsi" klubunu çalışdırıb.