Anxelinyo İtaliya klubu ilə razılıq əldə edib

"Qalatasaray"da icarə əsasında çıxış edən ispaniyalı futbolçu "Roma" klubu ilə şəxsi razılıq əldə edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,"Leyptsiq" klubuna məxsus olan futbolçu karyerasını İtaliya A seriyasında davam etdirə bilər. 

"Roma" klubunun rəsmiləri 27 yaşlı cinah müdafiəçisi üçün danışıqlara başlandığını və transferin gerçəkləşməsini istədiklərini bildiriblər.

Qeyd edək ki, Anxelinyo bu mövsüm 19 oyunda 1 qol,1 asistlə yadda qalıb.