APL: "Qarabağ" "Qəbələ"yə qarşı

Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.

Saat 19:30-da başlanacaq görüş ərəfəsində "köhlən atlar" 29 xalla 1-ci, "qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədədir.

Azərbaycan Premyer Liqası

XV tur

19:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan" - "Səbail" (1:1) və "Turan Tovuz" - "Sumqayıt" (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.