Araz Abdullayevin komandasında istefa

Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" komandasının baş məşqçisi Ahmet Taşyürek istefaya göndərilib.

Sportline.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə uğursuz çıxışa görə yollar ayrılıb.

Komanda 5 turdan sonra I Liqada 1 xal toplaya bilib. Hazırda 17-ci pillədə qərarlaşan "Boluspor" son oyunda "Tuzlaspor"a 1:2 hesabı ilə uduzub.