"Araz" Çempionlar Liqasına bu heyətlə yollanır

Çempionlar Liqasında mübarizə aparacaq "Araz” sifariş vərəqini UEFA-ya göndərib.

Sportline.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu yarışa 12 futzalçı ilə qatılacaq.

Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov

Oyunçular: 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye

Baş məşqçi: Joze Alesio Da Silva

Qeyd edək ki, oyunlar oktyabrın 9-da, 10-da və 12-də Belçikada keçiriləcək. "Araz” müvafiq olaraq Belçikanın "Halle-Gooik”, Portuqaliyanın "Benfika” və Ukraynanın "Herson” klubu ilə qarşılaşacaq. Qrupda ilk 3 yeri tutan komanda elit-raunda vəsiqə qazanacaq.