"Araz-Naxçıvan" darmadağınla mərhələ adlayıb

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

Sportline.az xəbər verir ki, günün üçüncü matçında "Araz-Naxçıvan" II Liqa təmsilçisi "Kür-Araz"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 1/8 finalda "İrəvan"la qarşılaşacaq.

Qeyd edək ki, ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.