“Araz-Naxçıvan” oyunlarını Naxçıvanda keçirə bilər
“Araz-Naxçıvan” mövsümün son ev oyunlarını Naxçıvanda keçirə bilər.
Sportline.az xəbər verir ki, bu barədə “Report”a Premyer Liqa klubunun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.
Klub rəsmisi rəhbərliyin bunun üçün əlindən gələni etdiyini deyib: “Mövsümün sonuna qədər komandanın bəzi ev oyunlarını Naxçıvanda keçirməsinə çalışırıq. Ancaq bunun üçün Peşəkar Futbol Liqasının tələb etdiyi şərtlər yerinə yetirilməlidir”.
M.Məmmədov bildirib ki, hazırda sənədləşmə işləri gedir: “Bu proses yekunlaşdıqdan sonra stadionda təmir-bərpa işləri aparılacaq. Arenada işə başlamaq sənədləşmə prosesindən asılıdır. Bunun da nə vaxt yekunlaşacağı məlum deyil”.
Qeyd edək ki, bu mövsümdən Premyer Liqaya qayıdan “Araz-Naxçıvan” ev oyunlarını “Dalğa Arena”da keçirir.