“Araz-Naxçıvan” “Qəbələ” görüşündə bərabərlik, "Sumqayıt" "Neftçi"yə uduzdu

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Sportline.az xəbər verir ki, mərhələnin ikinci günündə 2 görüş olacaq.

“Dalğa Arena”da “Araz-Naxçıvan” “Qəbələ”ni Bakıda qəbul edəcək.

Sumqayıtda şəhərin eyniadlı komandası “Neftçi” ilə görüşəcək. Ardıcıl üç dəfə üz-üzə gələcək komandalar ilk duelə çıxacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da keçiriləcək.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ” 1-1

Qol: Maşike, 45. Samuel Tetteh, 11
Baş hakim: 
Rauf Allahverdiyev
“Dalğa Arena”


19:00. “Sumqayıt” – “Neftçi” 2-3

Qol: Elvin Bədəlov, 60. Ninqa, 89 - Boqomolski, 29, Emin Mahmudov, 44, 45
Baş hakim: 
Rəşad Əhmədov
“Kapital Bank Arena”