"Araz-Naxçıvan"dan - "İmişli"yə

"İmişli" daha bir futbolçunun transferini rəsmiləşdirib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəxtiyar Həsənalızadə heyətə qatılıb.

29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında çıxış edən Həsənalızadə son olaraq "Araz-Naxçıvan"ın şərəfini qoruyub.

Banner