Arda Gülər fanatlarına şad xəbər

Arda Gülərin pərəstişkarları onun Madrid "Real"ında debütünü səbirsizliklə gözləyirlər.

Sportline.az Marca nəşrinə istinadla xəbər verir ki, gənc ulduz milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra yeni komandasının formasını geyinəcək.

ABŞ tolanışında dizindən aldığı zədəyə görə əməliyyat olunan, ardınca məşqdə əzələsi dartılan yarımmüdafiəçinin artıq ümumi qrupda hazırlığa qatıldığı bildirilir. 

İşlər qaydasında getsə, Ardanın oktyabrın 21-də "Sevilya"ya qarşı səfər oyununda meydana çıxacağı gözlənilir.