Arda Gülər İspaniya mediasını tənqi etdi
"Real Madrid"in türkiyəli gənc futbolçusu İspaniya mediasını tənqid edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, gənc yarımmüdafiəçi "Real Madrid"də xoşbəxt olmadığı ilə bağlı çıxan xəbərlər haqqında açıqlama verib.
Arda Gülər açıqlamsında :"İspaniya mediasında olmayan şeylərdən danışmağı xoşlayırlar. Dünyanın ən güclü klubunda oynamaqdan xoşbəxtəm. Mənim də zamanım gələcək. Baş məşqçinin qərarlarına hörmətlə yanaşıram və onun ən doğrusunu bildiyindən əminəm",-deyib.
Qeyd edək ki, Arda Gülər bu mövsüm "Fənərbağça" klubundan "Real Madrid"ə 15 milyon avro qarşılığında transfer olunmuşdu.