Arda Gülər ulduz futbolçu haqqında danışıb

"Real Madrid"in gənc futbolçusu Arda Gülər Cud Bellingemin performansına heyran qaldığını bildirib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Bellingem haqqında "İndiyə dək izlədiyim ən mükəmməl futbolçulardan biridir. Yalnız oyunlarda deyil, meydandan kənarda da inanılmaz biridir",-deyib. 

Qeyd edək ki, hər iki futbolçu "Real Madrid"ə bu mövsüm transfer olunub. Arda Gülərin zədə problemləri əsas heyətə düşməsinə imkan verməyib. Cud Bellingem isə "Kral" klubunun forması ilə çıxdığı 17 oyunda 15 qol, 4 asistlə yadda qalıb.