Arda Gülərin yaşıl meydanlara dönəcəyi dəqiq tarix bəlli oldu
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Arda Gülərin 2023 bitmədən yaşıl meydanlara çıxacağını bildirib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, gənc futbolçu zədə üzündən əsas heyətdə yer ala bilmir. Komandanın təcrübəli çalışdırıcısı Ançelotti Ardanın "Vilyarealla" görüşdə meydana çıxacağını bidlirib.
İspaniya mediasında yayılan xəbərlərə görə isə Ardaa Gülər yanvar ayının 3-də "Malyorka"ilə görüşdə komandaya qoşulacaq.
Qeyd edək ki,"Fənərbağça"dan bu mövsüm transfer olunan Arda Gülər "Real Madrid" fprması ilə yaşıl meydanlara çıxmayıb.