Ardıcıl iki dəfə ayın ən yaxşısı seçildi

"Monako" klubunun oktyabr ayı üçün ən yaxşı futbolçusu seçilib.

Sportline.az xəbər verir ki, bu ada yarımmüdafiəçi Aleksandr Qolovin layiq görülüb.

Rusiyalı futbolçu oktyabrda keçirdiyi 3 oyunda iki qolla fərqlənib.

Qolovin azarkeşlər arasındakı sorğuda 91 faiz səs toplayıb.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi sentyabr ayında da ən yaxşı futbolçu seçilmişdi.