Argentina millisi Nigeriya ilə yoldaşlıq oyunu keçirəcək
Son Dünya Çempionu Argentina millisi Nigeriya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Sportline.az xəbər verir ki, milli komandalar mart ayında yoldaşlı oyunu keçirməklə bağlı danışıqlara yekun vurublar.
Komandalar mart ayında rəqib olacaqlar. El-Salvador millisi də yoldaşlıq görüşündə Argentina seçməsi ilə qarşılaşmaq istəyir.
Qeyd edək ki, görüşün keçiriləcəyi tarix hələki məlum deyil.