Arif Əsədov: "Qarabağ" səhvsiz oynasa, "Bayer"dən xal ala bilər"

Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Avropa Liqasının 4-cü turunda keçiriləcək "Qarabağ" - "Bayer" matçı ilə bağlı gözləntilərindən danışıb.

Sportline.az saytına danışan təcrübəli mütəxəssis bugünkü oyun barədə nikbin danışıb.

"Qarabağ"ın "Bayer"lə matçının çətin keçəcəyi bəllidir. Rəqibin gücünü bütün dünya bilir. Amma "Qarabağ" Bakıda həmişə yaxşı çıxış edir. Qurban Qurbanovun komandası səhvsiz oynasa, "Bayer"dən xal ala bilər" - deyə Arif Əsədov bildirib.