Arif Əsədov Parisə yollanır

Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasiminə qatılacaq.

Sportline.az xəbər verir ki, mütəxəssis fevralın 8-də Fransanın paytaxtı Parisdə baş tutacaq tədbirdə iştirak edəcək.

Əsədovdan başqa, milli assosiasiyanın bir neçə rəsmisi də mərasimdə iştirak edəcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan yığmasının potensial rəqibləri də məlumdur. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.