"Arsenal" 19 yaşlı futbolçunu transfer etmək istəyir

"Arsenal"ın yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Ayaks"ın 19 yaşlı stoperi "Jorrel Hato "Arsenal"ın maraq dairəsindədir.

London klubu mövsümün sonunda "Ayaks"a rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Jorrel Hatonun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

O bu mövsüm "Ayaks"ın heyətində çıxış etdiyi 42 matçda 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub.