“Arsenal” “Aston Villa”nın ulduz futbolçusunu transfer etmək istəyir
“Arsenal” “Aston Villa”dan Duqlas Luizi transfer etmək niyyətindədir.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “topçular” braziliyalı futbolçu üçün 60 milyon funt sterlinq ödəməli olacaq.
“Aston Villa” rəhbərliyi futbolçunu göndərmək isətəsə də Unayi Emeri oyunçunun klubda qalmasını istəyib.
Qeyd edək ki, Duqlas Luiz “Aston Villa” forması ilə çıxdığı 22 oyunda 6 qol 4 asistlə yadda qalıb.