"Arsenal" ÇL-in tarixinə düşdü

"Arsenal" komandası UEFA Çempionlar Liqası oyununun bir hissəsində fərqli 5 futbolçusu fərqlənən klub kimi tarixə düşüb.

Sportline.az xəbər verir ki, bu hadisə yarışın qrup mərhələsinin 5-ci turunun "Arsenal" - "Lans" matçında yaşanıb.

Oyunun ilk hissəsində Kay Haverts, Qabriel Jezus, Bukayo Saka, Qabriel Martinelli və Martin Edeqor fərqlənib.

Bu azmış kimi, fasilədən sonra Jorjinyo da komandasının qələbəsinə öz töhfəsini verib.

Qeyd edək ki, "topçular" bu qələbə sayəsində "B" qrupundan 12 xalla 1/8 final mərhələsinə yüksəliblər.