“Arsenal” gənc müdafiəçini "Tottenhem"dən transfer etdi

İngiltərənin “Arsenal” klubu heyətini gənc futbolçu ilə gücləndirib.

Sportline.az insayder Fabrizio Romanoya istinadən  xəbər verir ki, “topçular” “Tottenhem”in perspektivli müdafiəçisi Eliyah Upsonu transfer edib.

18 yaşlı futbolçu London klubunun yeni müqavilə təklifini rədd edərək uzunmüddətli gələcəyini “topçular”a bağlamağa qərar verib.

Tərəflər arasında bütün sənədlər imzalanıb və transferin yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Upsonun bu qərarı İngiltərə futbolunda diqqət çəkən gənc transferlərdən biri hesab olunur.

Banner