"Arsenal" qapıçısı ilə yolları ayıracaq
İngiltərənin "Arsenal" klubu qolkiperi ilə yolları ayırmaq niyyətindədir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Aron Rasmdeyl bu mövsüm forma geyinmə şansı əldə etmədiyi üçün ayrılmaq qərarına gəlib.
"Arsenal" rəsmiləri də qolkiperi saxlamaq niyyətlərinin olmadığını bildiriblər.
Qeyd edək ki, Aron Ramsdeyl 2021-ci ildə "Şeffild Yunayted"dən "Arsenal"a transfer olunmuşdu.